Britaniya İranın bir sıra rəsmilərinə sanksiya tətbiq edib

 Britaniya İranın bir sıra rəsmilərinə sanksiya tətbiq edib

Böyük Britaniya iranlı rəsmilərə sanksiyalar tətbiq edib.

Asayis.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir. Bildirilib ki, Böyük Britaniya bu gün İrandakı bəzi rəsmilərə, o cümlədən Baş prokurorun müavini Əhməd Fazelyana qarşı əlavə sanksiyalar tətbiq edib.

Sanksiya olunan şəxslər arasında İran İslam Respublikasının Quru Qoşunlarının Baş Komandanı Kiyumərs Heydəri, “Bəsic” Müqavimət Qüvvələri və bu qüvvələrin komandirinin müavini Salar Abnuş, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Sarallah qərargahının komandirinin müavini Hüseyn Nejatın adı da var.

Sanksiyaya məruz qalan şəxslərin aktivləri dondurulacaq və Böyük Britaniyaya səyahət qadağası tətbiq ediləcək.

19:11 - 23 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin