“Bakı Metropoliteni” maşinistin ölməsilə bağlı açıqlama yayıb

 “Bakı Metropoliteni” maşinistin ölməsilə bağlı açıqlama yayıb

“Bakı Metropoliteni” QSC maşinistin qatar idarə edərkən ölməsilə bağlı məlumat yayıb.

Asayis.Az xəbər verir ki, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib. Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib:

"Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır".

***09:14

Bakı metrosunda maşinist qatar idarə edərkən ölüb.

Asayis.Az apa-ya istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nda təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.

10:55 - 23 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin