Bakı şəhərinin Xətai rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi, idarəetmə lövhəsi, ön təkərləri və şüşəsi yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Asayis.Az-ə bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.
https://baku.tv/hadise/bakida-minik-avtomobili-kucede-yandi