Vilayət Eyvazov şöbə rəisi TƏYİN ETDİ

 Vilayət Eyvazov şöbə rəisi TƏYİN ETDİ

Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə yeni rəis təyin olunub.

Bununla bağlı Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis mayoru Şükür İbrahimov təyinat alıb.

Qeyd edək ki, Ş.İbrahimov bu təyinatadək Qaradağ RPİ-nin 38-ci polis bölməsinin rəis müavini vəzifəsində çalışıb.//unikal

12:40 - 1 Fevral 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin