Yanvarın 21-də saat 10 radələrində Sumqayıt şəhəri Corat bağlarında yaşayan qadının bıçaq xəsarətləri alması barədə polisə məlumat daxil olub.
DİN-in mətbut xidmətindən Asayis.az bildirilib ki, araşdırmalarla cinayət əməlini 1964-cü il təvəllüdlü Sevil Quliyevanın həyat yoldaşı 1963-cü təvəllüdlü Atlıxan Huseynxanov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşları tərəfindən onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.
***
DİN-in mətbut xidmətindən “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşları tərəfindən A.Hüseynxanov saxlanılıb.