Sumqayıtda həyat yoldaşını bıçaqlayan kişi saxlanıldı - Yenilənib

 Sumqayıtda həyat yoldaşını bıçaqlayan kişi saxlanıldı - Yenilənib

Yanvarın 21-də saat 10 radələrində Sumqayıt şəhəri Corat bağlarında yaşayan qadının bıçaq xəsarətləri alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbut xidmətindən Asayis.az  bildirilib ki, araşdırmalarla cinayət əməlini 1964-cü il təvəllüdlü Sevil Quliyevanın həyat yoldaşı 1963-cü təvəllüdlü Atlıxan Huseynxanov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

***

DİN-in mətbut xidmətindən “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşları tərəfindən A.Hüseynxanov saxlanılıb.

20:48 - 21 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin