Şəhidlər xiyabanında qarışıqlıq yaratmağa cəhd göstərdi - Həbs olundu

 Şəhidlər xiyabanında qarışıqlıq yaratmağa cəhd göstərdi - Həbs olundu

Ötən gün Şəhidlər xiyabanında qarışıqlıq yaratmağa cəhd göstərən şəxs həbs olunub.

Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

Onun sözlərinə görə, yanvarın 20-də Şəhidlər xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib.

Cəhdin qarşısı alınıb və onlardan biri - Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub.

13:15 - 21 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin