Şadlıq sarayında kütləvi dava - Ata və oğlunu döydülər

 Şadlıq sarayında kütləvi dava - Ata və oğlunu döydülər

Goranboy rayonu Düzqışlaq kəndi ərazisində yerləşən “Eşqin” şadlıq sarayında kütləvi dava olub.

Asayis.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yanvarın 18-i saat 19 radələrində şadlıq evində baş vermiş kütləvi dava zamanı rayonun Dəyirmanlar kənd sakini, 1999-cu il təvəllüdlü Kənan Məmmədov və bir qrup şəxs ata və oğlunu döyüblər. Nəticədə 1992-ci il təvəllüdlü Eşqin Məmmədrzayev və atası Rafiq Məmmədrzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

12:09 - 21 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin