DSX Cəbrayılda əməliyyat keçirdi: Külli miqdarda narkotik aşkarlandı - FOTO

 DSX Cəbrayılda əməliyyat keçirdi: Külli miqdarda narkotik aşkarlandı - FOTO

Yanvar ayının 20-də saat 18:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Asayis.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilmiş 2 ədəd bağlamada ümumi çəkisi 13 kiloqram 130 qram narkotik vasitə (9 kq 880 qram “marixuana”, 3 kq 250 qram “tiryək” və 2000 ədəd “metadon M-40” psixotrop həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

11:56 - 21 Yanvar 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin