Kəlbəcərdə itkin düşən hərbçimizin nəşi tapıldı - FOTO

 Kəlbəcərdə itkin düşən hərbçimizin nəşi tapıldı - FOTO

Hərbçimizin nəşi tapılıb.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyəti və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq müvafiq qaydada ərazidən təxliyə edilib. 
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!

13:28 - 31 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin