Abşeron rayonu, Xırdalan şəhərindəki daha bir küçənin sakinləri sözün əsl mənasında zibilə düşüblər. Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə sakinlər məlumat verib.
Onlar Heydər Əliyev prospekti 67 ünvanındakı zibil qablarının dolub daşması və ətrafın zibilliyə çevrilməsindən narazıdır. Yerli sakinlər aidiyyəti qurumlara müraciət etsələr də onların problemi həllini tapmaq bilmir.