Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi 57 ünvanında avtobus yanıb. Asayis.Az xəbər verir ki, BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə xidməti avtobusda baş verib.
Şahidlərin sözlərinə görə, yanğın polis əməkdaşlarının və ətrafdakıların köməyilə qısa müddət ərzində söndürülüb.