Xalq artisti Aygün Kazımova yeni görüntüsü ilə diqqət çəkib. Asayis.Az xəbər verir ki, sənətçi obyektiv qarşısına keçərək bir neçə obrazda fərqli fotolar çəkdirib. Sənətçi yeni obrazlarından biri üçün ağ mirvarilərlə bəzədilən saç aksessuarından və boyunbağıdan istifadə edib. Pop divanın bu görünüşü Misir kraliçası Kleopatranı xatırladıb.
Sənətçinin şəkllərinin müəllifi Ruslan Nəbiyevdir.
Xalq artistinin yeni imicinin türkiyəli məşhur müğənni Bülent Ersoyla oxşarlıq təşkil etməsi də diqqətdən yayınmayıb. Hər iki məşhurun yeni görünüşü marağa səbəb olaraq müzakirələr yaradıb.
Bülent Ersoy bu saç aksessuarını 1980-ci ildə konsertlərindən birində istifadə edib.