Mənzil almaq istəyənlərin nəzərinə! - Bu tarixdə saat 10:00-dan... - VİDEO

 Mənzil almaq istəyənlərin nəzərinə! - Bu tarixdə saat 10:00-dan... - VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 yanvar 2023-ci il, saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına başlayacaq.

Asayis.Az nazirliyə istinadən xəbər verir ki, satış elektron portal – ms.sosial.gov.az  vasitəsilə həyata keçiriləcək və mənzillərin portal üzərindən satışı 01.07.2023-cü il tarixinədək davam edəcək.

Həmin mənzillərdən almaq istəyən şəxslər mənzillərlə necə tanış ola, seçə və ala bilər? Bu barədə hazırlanmış tanıtım-izahat məqsədli videoçarxı təqdim edirik: 

https://www.youtube.com/watch?v=FdY-CV9RwIw&t=1s

14:49 - 17 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin