Şuşa və Ağdama ildə bir dəfə getmək məhdudiyyəti aradan qaldırılıb

 Şuşa və Ağdama ildə bir dəfə getmək məhdudiyyəti aradan qaldırılıb

İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma həyata keçirən avtobus marşrutlarının hərəkət qrafikində dəyişiklik edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı marşrutuna tələbatın daha çox olduğu müəyyən edilib və bu istiqamətdə əlavə reysin açılması qərara alınıb. Fevralın 16-dan etibarən Bakı – Şuşa – Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək.

Önəmli dəyişikliklərdən biri də odur ki, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb. Artıq vətəndaşlar hər hansı məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.

11:49 - 31 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin