Ələt-Astara yolunda uzanan sərxoş piyadanın üzərindən maşın keçdi

 Ələt-Astara yolunda uzanan sərxoş piyadanın üzərindən maşın keçdi

Salyan rayonunda magistral yolun üzərində uzanan şəxsi avtomobil vuraraq öldürüb. Asayis.Az report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Novruzov Yaşar Ramiz oğlu yola çıxaraq avtomobillərin hərəkat zolağında yerə uzanıb.

Həmin vaxt naməlum avtomobil Y.Novruzovun üzərindən keçərək onu öldürüb.

Hadisə baş verən zaman Y.Novruzovun sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

10:36 - 17 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin