Azərbaycanda hamilə qadın öldü

 Azərbaycanda hamilə qadın öldü

Göyçayda 25 yaşlı hamilə qadın ölüb. Asayis.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Çərəkə kəndində qeydə alınıb.

1997-ci il təvəllüdlü Kərimova Fidan Müzəffər qızı həyətdə yıxılıb ölüb.

Qeyd edək ki, qadın səkkiz aylıq hamilə olub. Həkimlər onu müayinə edən zaman bətnindəki uşağın da öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

10:24 - 17 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin