Salyanda avtomobil piyadanı vuraraq öldürüb

 Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. Asayis.Az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb.

Naməlum avtomobil Salyan rayonunun Babazanlı qəsəbə sakini, 39 yaşlı Yaşar Ramiz oğlu Ramazanovu vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda avtomobilin axtarılıb tapılması istiqamətində istintaq-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı ararşdırma aparılır.

10:00 - 17 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin