"Gelandewagen"də başı boş adam oturursa ... " - Aysel Əlizadə

Müğənni Aysel Əlizadə yeni açıqlaması ilə gündəmə gəlib. Asayis.Az xəbər verir ki, "Fəlidən doğru xəbər" proqramına qonaq olan ifaçı şəxsi həyatından danışıb. 

Aysel imkanlı deyil, ona layiqli bir bəylə ailə qurmaq arzusunda olduğunu bildirib:

"Evlənmək barədə fikirlərimin olmağı normaldır. Qismətdə varsa niyə də olmasın? Amma xeyirlisi olsun. "Gelandewagen"də başı boş adam oturursa, ya ağ atın üstündəki gərəksiz bir adamdırsa, bu lazım deyil. Gərək düşüncəli adam olsun. Məni axtarırsa da, gəlsin tapsın!"

Qeyd edək ki, yeniliklərlə dolu komediya verilişi "Fəlidən doğru xəbər" 2020-ci ildən "Xəzər" televiziyasında yayımlanır.

18:39 - 16 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin