Paytaxtın mərkəzində çökən yol bərpa edildi

 Paytaxtın mərkəzində çökən yol bərpa edildi

Bakının Həsən Əliyev küçəsində çökmüş yol bərpa edildi.

Bu barədə Asayis.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

***16:06

Paytaxtın Həsən Əliyev küçəsinin bir hissəsində yol çöküb. 

Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

Məlumata görə, hadisəyə səbəb son zamanlar yağıntıların çox olmasıdır. O da bildirilir ki, yolun belə vəziyyətdə olması axşamlar həmin ərazidə tıxac yaranmasına səbəb olur. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirdi ki, problem aidiyyatı üzrə şöbəyə yönləndirilib:

"Əməkdaşlarımız əraziyə baxış keçirib. Problemin kökünü araşdırıb aradan qaldıracaqlar".

18:16 - 16 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin