Sərnişin avtobus sürücüsünü amansızcasına döydü

 Sərnişin avtobus sürücüsünü amansızcasına döydü

Türkiyənin İzmit şəhərində sərnişin mübahisə etdiyi avtobus sürücüsünü döyüb. Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, həmin anlar avtobusun təhlükəsizlik kamerası tərəfindən qeyd edilib.

Məlumata görə, sərnişinlərdən biri sürücü Cengiz Yeler ilə mübahisə etməyə başlayıb. Dayanacaqda düşən şəxs sürücüdən nəqliyyat vasitəsini saxlayıb aşağı enməsini istəyib. Lakin C. Yeler enməyib.

Daha sonra naməlum şəxs sürücüyə yumruq zərbələri endirib.

17:55 - 16 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin