Polis Akademiyasının kursantı xəstəlikdən ölüb

 Polis Akademiyasının kursantı xəstəlikdən ölüb

Polis Akademiyasının kursantı xəstəlikdən ölüb. Asayis.Az apa-ya istinadən xəbər verir ki, akademiyada əyani təhsil alan 1-ci kurs kursantı Zeynalov İbrahim Azər oğlu vəfat edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, kursant ötən gün yaşadığı Sulutəpə qəsəbəsində kəskin meningit diaqnozu ilə xəstəxanaya yerləşdirilib və müalicə aldığı xəstəxanada ölüb.

Allah rəhmət eləsin!

17:33 - 16 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin