Qobustanda zəlzələ olub

 Qobustanda zəlzələ olub

Qobustanda zəlzələ baş verib. Asayis xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 16:09-da Qobustan stansiyasından 13 km şimal-qərbdə Qobustan rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar hiss olunmayıb.

Qeyd edilib ki, zəlzələnin maqnitudası 3.1, dərinliyi 7 km olub.

17:22 - 16 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin