Tanınmış müğənni keçmiş sevgilisini öldürüb, meşədə basdırdı - FOTO

 Tanınmış müğənni keçmiş sevgilisini öldürüb, meşədə basdırdı - FOTO

Türkiyəli müğənni və model Seçil Çiftçi cinayət törədib.  Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, keçmiş sevgilisini qətlə yetirib. 

Buna səbəb sevgilisi Semihin onu barışmağa məcbur etməsi olub. Belə ki, o, sonuncu dəfə danışmaq üçün Çiftçinin evinə gəlib. Cütlük uzun müddət danışdıqdan sonra mübahisə etməyə başlayıb. Bu zaman Seçil onu dəmir stulun sınmış ayağı ilə vuraraq öldürüb. 

Seçil cinayəti törətdikdən sonra atasına zəng vuraraq ondan kömək istəyib.

Onlar Semih Sevginin nəşini evdən çıxaraq meşəlik ərazidə basdırıblar. Daha sonra müğənni polisə gedərək təslim olub. O, atası ilə birlikdə cinayət məsuliyyətinə cəlb olunub. 

14:11 - 16 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin