İranda bir gündə 5 nəfər edam edilib - FOTO

 İranda bir gündə 5 nəfər edam edilib - FOTO

İranın Ərak şəhər mərkəzi həbsxanasında bir gündə beş məhbusun edam hökmü icra edilib. Asayis.Az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, onlar narkotiklə bağlı ittihamlarla edam cəzasına məhkum ediliblər.

O da vurğulanır ki, ötən aylarda İranda edamların sayı artıb. Ölüm hökmünə məruz qalanlar arasında ümummilli qiyamın iştirakçıları da var.

13:56 - 16 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin