Əfqanıstanda keçmiş qadın deputat evində güllələndi - FOTO

 Əfqanıstanda keçmiş qadın deputat evində güllələndi - FOTO

Əfqanıstanın keçmiş qadın deputatı Mürsəl Nəbizadə paytaxt Kabildəki evində naməlum şəxslər tərəfindən güllələnib. Asayis.Az-ın məlumatına görə, bu barədə "Hast-e-Subh" qəzeti mənbələrə istinadən yazır.

Məlumata görə, Nəbizadə ofis kimi istifadə etdiyi evinin birinci mərtəbəsində öldürülüb.

Silahlı hücum nəticəsində keçmiş deputatın qardaşı da yaralanıb. Hadisənin səbəbi hələ ki məlum deyil.

Qeyd edək ki, Nəbizadə 2019-cu il seçkilərində Kabil şəhərinin deputatı kimi parlamentə seçilib və o, Talibanın hakimiyyəti ələ keçirməsinə qədər vəzifəsində qalıb. Nəbizadə 2021-ci ilin avqustunda Talibanın hakimiyyəti ələ keçirdikdən sonra Kabildə qalan bir neçə qadın siyasətçidən biri olub.

14:20 - 16 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin