“Qanlı göl” ərazisində tikilən qanunsuz obyekt sökülüb - FOTO

 “Qanlı göl” ərazisində tikilən qanunsuz obyekt sökülüb - FOTO

“Qanlı göl” ərazisində tikilən qanunsuz obyekt sökülüb. Asayis.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı şəhərinin Yasamal rayonunda “Qanlı göl” adlanan ərazinin yaxınlığında müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktını aşkar edib.

Müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

13:28 - 16 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin