Sabah hava necə olacaq? - PROQNOZ

 Sabah hava necə olacaq? - PROQNOZ

 


 

Bakıda və Abşeron yarımadasında yanvarın 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Asayis.az verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.

13:15 - 16 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin