Azərbaycanda 50 yaşlı qadın dəm qazından boğularaq öldü

 Azərbaycanda 50 yaşlı qadın dəm qazından boğularaq öldü

Ucar sakini dəm qazından boğularaq ölüb. Asayis.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şamil Fərzəliyev küçəsində qeydə alınıb.

Belə ki, 50 yaşlı Quliyeva Gülşən Ağaisa qızı hamam otağında dəm qazından boğularaq ölüb.

Mərhumun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.

Hazırda faktl bağlı araşdırma aparılır.

12:27 - 16 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin