DİN Xaçmazda yol polisinin piyadanı vurması ilə bağlı məlumat yayıb

 DİN Xaçmazda yol polisinin piyadanı vurması ilə bağlı məlumat yayıb

Xudat-Nabran avtomobil yolunda hərəkətin intensiv olduğu yerdə qəflətən yola çıxan piyada Ə.Müslümovu maşın vurub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov BAKU.WS-ə bildirib ki, hadisəni törədən Xaçmaz DYPB-nin əməkdaşı dərhal piyadanı xəstəxanaya çatdırıb.

“Hazırda müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır", - o əlavə edib.

***08:13

Xudat-Xaçmaz şossesində yol patrul xidmətinin əməkdaşı qəza törədib.

Asayis.Az APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhəri ərazisində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi yolu keçərkən onu Xaçmaz Şəhər Dövlət Yol Polis şöbəsinin əməkdaşının idarə etdiyi 99-YP-191 dövlət nişanlı “BMW” markalı avtomobil vurub.

Yol Patrul Xidmətinin əməkdaşları ağır xəsarət alan piyadanı Bakıdakı Akdemik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıb.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

11:55 - 16 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin