Azərbaycanda 14 və 17 yaşlı məktəblilər itkin düşüb

 Azərbaycanda 14 və 17 yaşlı məktəblilər itkin düşüb

Bakıda və Şəkidə məktəblilər itkin düşüb. Asayis.Az apa-ya istinadən xəbər verir ki, Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulin yanvarın 13-də evdən oyun zalına getmək adı ilə çıxıb və geri qayıtmayıb.

Bundan başqa Şəkidə 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyev yanvarın 14-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

11:45 - 16 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin