“Volkswagen”in keçmiş rəhbəri dünyasını dəyişib

 “Volkswagen”in keçmiş rəhbəri dünyasını dəyişib

Almaniyanın "Volkswagen AG" avtomobil konserninin keçmiş baş direktoru Karl Horst Han 96 yaşında vəfat edib.

Asayis.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Karl Han Xeyriyyə Fondunun nümayəndəsinə istinadən bildirib.

K.Han yanvarın 14-də Almaniyanın Volfsburq şəhərindəki evində yuxuda dünyasını dəyişib. Vida mərasimi yanvarın 24-nə təyin edilib.

Agentlik qeyd edib ki, "Volkswagen"in keçmiş rəhbərinin marketinq bacarıqları sayəsində "Käfer" (“Böcək”) avtomobili tarixdə ən çox satılan model oldu: 1945-ci ildən 2003-cü ilə qədər 21,5 milyon nüsxədən çox istehsal edilib.

O, 1982-ci ildə alman şirkətinin baş direktoru vəzifəsinə təyin edilib. K.Han 1993-cü ildə istefa verənə qədər "Volkswagen"i Avropada 1 nömrəli avtomobil istehsalçısına çevirə bildi.

11:00 - 16 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin