Xırdalanda kişidən qisas almaq istəyən qadın ağlasığmaz üsula əl atdı

 Xırdalanda kişidən qisas almaq istəyən qadın ağlasığmaz üsula əl atdı

Yanvarın 16-ı gecə saatlarında Abşeron rayonu, Xırdalan şəhərində bir avtomobilin güzgüsü sındırılıb, şüşələrinə və dəmir hissələrinə zərər vurulub.

Xezerxeber.az-ın məlumatına görə, həmin avtomobilin sahibi Afiq Şirinov deyir ki, maşınını hər gün evinin qarşısında park edir.

O, axşam saatlarında küçədən güclü səs gəldiyini eşidib və evinin qarşısına çıxıb.

Afiq Şirinov dərhal ''102'' xidmətinə məlumat verib.

Zərərçəkmiş iddia edir ki, onun maşını tanımadığı qadın tərəfindən zərər vurulub.

Afiq Şirinov hadisəni törətməkdə şübhəli bilinən qadının telefon nömrəsini polisdən alıb.

Biz də dəfələrlə onunla əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.

Abşeron rayon Polis İdarəsindən zərərçəkmişə bildirilib ki, təhqiqat şöbəsində bu işlə bağlı material toplanıb, rayon məhkəməsinə göndəriləcək. Yəni məsələyə hüquqi qiymət məhkəmdə veriləcək.

10:36 - 16 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin