Abşeronda avtomobil qəzası olub, bir nəfər ölüb

 Abşeronda avtomobil qəzası olub, bir nəfər ölüb

Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsində 1 nəfər həlak olub.

Bu barədə Asayis.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

"Abşeron rayonunun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" və "Toyota" markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər sağ, digər 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - FHN-in məlumatında qeyd olunub.

09:58 - 16 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin