Azərbaycanda 7 min abonent qazsız qalıb

 Azərbaycanda 7 min abonent qazsız qalıb

Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatında fasilə yaranıb. Asayis.Az xəbər verir ki, "report"un Muğan bürosuna bu barədə Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Belə ki, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində daşıyıcı qaz kəmərinin zədələnməsi nəticəsində ümumilikdə 7 min abonent olmaqla Biləsuvar şəhərinin və Zəhmətabad, Əliabad, Xırmandalı, Bəydili kəndlərinin bir hissəsinə təbii qazın verilişi məcburi dayandırılıb.

Təmir işlərinin bu gün axşam saat 20-21 radələrində başa çatdırılması planlaşdırılır.

19:00 - 15 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin