Xəbər verdiyimiz kimi Xəzər rayonunda “Hyundai” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində 1996-cı il təvəllüdlü Əliyev Əli Fazil oğlu dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Məlumata görə, ağır yol qəzasında dünyasını dəyişən Ə.Əliyev Çevik Polis Alayının (ÇPA) əməkdaşı, polis serjantı olub.// manset.az