Babək rayon ərazisində avtomobil qəzası baş verib. Asayis.Az APA-ya istinadən xəbər verir ki, hadisə Cəhri-Payız avtomobil yolunun Payız kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 67-BB-434 dövlət nömrə nişanlı “NAZ-Lifan” markalı minik avtomobili 67-BB-947 nömrə nişanlı “Ford” markalı minik avtomobilini ötmək istəyərkən qəza baş verib. Nəticədə, yoldan çıxan “NAZ-Lifan” markalı minik avtomobili qaz borularını da keçərək ağaca çırpılıb.
Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı Babək Rayon Polis Şöbəsində araşdırma aparılır.