Şəkidə 17 yaşlı oğlan itkin düşüb

 Şəkidə 17 yaşlı oğlan itkin düşüb

Şəkidə 17 yaşlı oğlan itkin düşüb. Asayis.Az "Report"a istinadən xəbər verir ki, Şəki şəhər sakini, 2006-cı il təvəllüdlü Ramazan Hacıyev yanvarın 14-də təxminən saat 17 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Report"un yerli bürosuna bildirib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinə də məlumat daxil olub. Polis əməkdaşları tərəfindən onun tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir.

14:34 - 15 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin