Sumqayıtda ticarət mərkəzi yanıb

 Sumqayıtda ticarət mərkəzi yanıb

Sumqayıtda ticarət mərkəzində yanğın olub.

Asayis.Az Trend-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında şəhərin mərkəzi küçələrindən birində yerləşən "Bazarstore" ticarət mərkəzində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hadisə nəticəsində ticarət mərkəzinin 200 kvadrat metr sahəsi yanıb. Yanğın söndürülüb.

13:22 - 15 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin