Türkiyədə 4.9 bal gücündə zəlzələ olub

 Türkiyədə 4.9 bal gücündə zəlzələ olub

Türkiyənin Elazığ vilayətində Rixter cədvəli ilə 4.9 bal gücündə zəlzələ baş verib. Asayis.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Türkiyə vaxtı ilə saat 06:36 qeydə alınan yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, zəlzələnin təsiri araşdırılır.

13:11 - 15 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin