İstanbul-Tokio reysini həyata keçirən təyyarə Bakıya təcili eniş edib - FOTO

 İstanbul-Tokio reysini həyata keçirən təyyarə Bakıya təcili eniş edib - FOTO

Türk Hava Yollarına məxsus İstanbul-Tokio reysini həyata keçirən hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Asayis.Az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Boeing 777 təyyarəsi yerli vaxtla saat 07:15-də Bakı hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib, onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərara alınıb.

Təyyarə saat 09:30-da Bakıdan Tokioya qalxıb.

12:59 - 15 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin