Oğuzda avtomobil ağaca çırpılıb: Xəsarət alanlar var - FOTO

 Oğuzda avtomobil ağaca çırpılıb: Xəsarət alanlar var - FOTO

Oğuzun Sincan kəndində "VAZ-2107" markalı avtomobil ağaca çırpılıb.

Asayis.Az Report-a istinadla xəbər verir ki, hadisə nəticəsində avtomobilin sürücüsü, Umarov Aslan Xalid oğlu və və onun sərnişini müxtəlif dərəcəli xəsarətlər alıblar.

A.Umarovun vəziyyəti ağır olduğundan Şəki Rayon Mərkəzi Xəstəxanasına, sərnişin isə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yərləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

11:22 - 15 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin