Naxçıvanda daha bir ÖZBAŞINALIQ: Xidmət əməkdaşı görün nə etdi

 Naxçıvanda daha bir ÖZBAŞINALIQ: Xidmət əməkdaşı görün nə etdi

Naxçıvanda dövlət xidmətinin əməkdaşı oğurluq edilib.

Asayis.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Babək rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Bu zaman rayonun Çeşməbasar kənd ərazisində yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi zamanı istifadə olunan 50 mm-lik alüminium məftilləri Naxçıvan MR Energetika Xidmətinin əməkdaşı Süleymanov Teymur Əyyub oğlu tərəfindən gizli yolla özünəməxsus yaşayış evinə yığdığı aşkar olunub.

Faktla bağlı Babək rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində araşdırma aparılır.

10:45 - 15 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin