Masallıda ev yanıb: Xəsarət alan var

 Masallıda ev yanıb: Xəsarət alan var

Masallı rayonunun Xırmandalı kəndində ev yanıb, bir nəfər xəsarət alıb. Asayis.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin (arakəsmə divarları taxta konstruksiyalardan ibarət) 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10:23 - 15 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin