Gəncədə evdə partlayış olub - Xəsarət alan var

 Gəncədə evdə partlayış olub - Xəsarət alan var

Gəncə şəhərində evdə qazsızmasından partlayış olub, xəsarət alan var.

Asayis.Az report-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü T.Seyidova hamam otağında işığı yandıran zaman partlayış baş verib. Buna səbəb qaz sobasında sızmanın baş verməsi olub. 

Nəticədə o, bədəninin müxtəlif nahiyələrinin 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

16:11 - 14 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin