Abşeronun yeni başçısı bu şəxsləri işdən çıxardı

 Abşeronun yeni başçısı bu şəxsləri işdən çıxardı

Abşeron rayon İcra Hakimiyyətində kadr islahatları aparılır.

Məlumata görə, yeni icra başçısı Abdin Fərzəliyev müavini İlham Quliyevi tutduğu vəzifədən azad edib.

Bununla yanaşı, icra başçısının köməkçisi Fuad Xəlilov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afaq Həsənova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçiləri Elgün İsgəndərov və Mirqasım Mirişlini də işdən çıxarılıb.
 

15:15 - 29 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin