Birləşmiş Ərəb Əmirliklərinin şeyxlərinin biri ilə evli olmuş azərbaycanlı gimnast beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı məhkəmə qarşısına çıxarılacaq.
Məhkəmə iddiası 3 övladının geri alınması və Zeynəb Cavadlının analıq hüququndan məhrum edilməsi ilə bağlı qaldırılıb.Məhkəmə fevralın 9-da Dubayda baş tutacaq.
Bildirək ki, bir müddət əvvəl Zeynəbin həmin şeyx tərəfindən işgəncələrə məruz qalması, təhdid altında yaşaması ilə bağlı yayılan video böyük rezonansa səbəb olmuşdu.
Zeynəb Cavadlı ərəb şeyxi ilə 2015-ci ildə ailə həyatı qurub. Keçmiş gimnast şeyxin 3-cü həyat yoldaşı olub və bu evlilikdən onların 3 qızı var.