Nazir bölmə rəisini nöqsanlara görə işdən çıxardı

 Nazir bölmə rəisini nöqsanlara görə işdən çıxardı

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Hazırda 5-ci polis bölməsinin rəisi vəzifəsini polis mayoru Əli Hüseynov icra edir. Qeyd edək ki, həmin bölmədə aparılan xidməti yoxlama nəticəsində bir neçə polis zabitinə də töhmət verilib.

17:45 - 28 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin