Biləsuvar rayonunda evdə meyit aşkar edilib.
Biləsuvar şəhər sakini, 17 yaşlı Səfərov Kənan İntiqam oğlunu ailə üzvləri yaşadığı mənzilin hamamında ölü tapıblar.
Qeyd edək ki, əslən Lənkərandan olan K.Səfərov uşaqlıqdan anası və bacısı ilə Biləsuvarda yaşayırdı. Faktla bağlı araşdırma aparılır.