Daxili İşlər Nazirliyinin Nizami Rayon Mühafizə İdarəsinin rəis müavini, polkovnik-leytenant Elşad Rəcəbov qəfildən vəfat edib.
Məlumatda bildirilir ki, 49 yaşlı polkovnik-leytenant bu gün səhər tezdən özünü pis hiss etdiyi üçün həkim müayinəsinə gedib və orada da dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır. Məlumatı DİN-nin mətbuat xidmətindən təsdiqləyiblər.